...

Avstriya Azərbaycanda turizmin inkişafına kömək etməyə hazırdır – səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2012 12:10 (UTC +04:00)
Azərbaycan turizm sektorunun inkişafında maraqlıdır və Avstriya bu sahədə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.
Avstriya Azərbaycanda turizmin inkişafına kömək etməyə hazırdır – səfir

Azərbaycan, Bakı, 26 sentyabr / Trend, müxbir C.Nəsibova/

Azərbaycan turizm sektorunun inkişafında maraqlıdır və Avstriya bu sahədə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Avstriyanın Azərbaycandakı səfiri Silviya Mayer-Kaybiç məlumat verib.

"Bizim ölkəmizdə turizm yaxşı inkişaf edib və hər il Avstriyaya nəhəng sayda turistlər gəlir. Avstriya bu sahədəki uzunillik təcrübəsini və biliyini bölüşə bilər ki, bu da Azərbaycana turizmin müəyyən istiqamətlərini inkişaf etdirməkdə kömək edə bilər", - səfir bildirib.

Mayer-Kaybiçin Trend-ə dediyi kimi, Avstriyaya səfər etmək istəyən azərbaycanlı turistlərin sayı ilbəil artır.

"Ötən ildən viza almaq üçün təqdim olunan ərizələrin sayı iki dəfə artıb", - diplomat bildirib.

Mətbuat konfransında qeyd olunub ki, bu il oktyabrın 19-20-də Bakıda Azərbaycan-Avstriya Ticarət Palatasının, BEHF, Siemens və Kempinski Badamdar Hotelinin dəstəyi ilə turizm məsələlərinə həsr edilmiş konfrans keçiriləcək.

Konfrans çərçivəsində Azərbaycanda turizmin inkişafı, turizmin inkişafında idman və mədəni tədbirlərin rolu, bu sahədə kadr siyasəti, təhsil və treninqlər, eləcə də Azərbaycanda turizmin inkişafı üzrə layihələr kimi məsələr müzakirə olunacaq.

Konfrans başa çatdıqdan sonra oktyabrın 20-də Bakıda Vyana balı keçiriləcək.

"Vyana balı Avstriyanın ən gözəl ənənlərindən biridir və biz onu Azərbaycanda nümayiş etdirmək imkanına görə şadıq", - Mayer-Kaybiç deyib.

Xəbər lenti

Xəbər lenti