...

"Turanbank" kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2012 17:37 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Turanbank" ASC-nin 6,197 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Turanbank" kapitalını artırır

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir C.Nəsibova/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Turanbank" ASC-nin 6,197 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Bakı Fond Birjasından Trend-ə verilən məlumata görə, emissiya prospektinə hər birinin nominal dəyəri 1082 manat olan 5 727 ədəd səhm daxildir.

Emissiya prospektinin yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 30 milyon manatadək artırılacaq.

Yerləşdirmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti