...

Almatı-Bakı aviareysi yubanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2012 13:36 (UTC +04:00)
KC 111 Almatı-Bakı aviareysinin Bakıya gəlişi iki saat gecikir. Reys "Air Astana" aviaşirkəti tərəfindən həyata keçirilir.
Almatı-Bakı aviareysi yubanır

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir E. İsmayılov/

KC 111 Almatı-Bakı aviareysinin Bakıya gəlişi iki saat gecikir. Reys "Air Astana" aviaşirkəti tərəfindən həyata keçirilir. Bu barədə cümə günü Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.

Təyyarə Bakıya yerli vaxtla saat 12:55-də gəlməli idi, lakin aeroportdan deyilib ki, təyyarə paytaxta saat 14:45-də enməlidir. Müvafiq olaraq, yerli vaxtla saat 13:55-də reallaşdırılmalı olan Astana-Bakı aviareysinin həyata keçirilməsi də yubanır.

Aeroportdan bildirilib ki, təyyarə artıq Almatıdan Bakıya uçub.

Aviareysin gecikməsinin səbəbləri açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti