...

AzEuroTel ödənişlərini DəmirBank-ın saytında və filiallarında həyata keçirmək mümkündür

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2012 12:49 (UTC +04:00)
"DəmirBank"ın internet saytında və filiallarında artıq AzEuroTel stasionar telefon (492, 497, 437, 504 və 505-lə başlayan nömrələr) və AzEuroTel ADSL internet ödənişlərini də həyata keçirmək mümkündür.
AzEuroTel ödənişlərini DəmirBank-ın saytında və filiallarında həyata keçirmək mümkündür

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

DəmirBank-ın internet saytında və filiallarında artıq AzEuroTel stasionar telefon (492, 497, 437, 504 və 505-lə başlayan nömrələr) və AzEuroTel ADSL internet ödənişlərini də həyata keçirmək mümkündür. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yayadığı məlumatda deyilir.

Bankın plastik kart sahibləri BillPay on-layn ödəniş xidməti vasitəsi ilə https://billpay.demirbank.az internet səhifəsində qeydiyyatdan keçərək kommunal, stasionar və mobil rabitə, İnternet provayder və kabel TV xidmətlərinin onlayn ödənişini həyata keçirə bilər.

DəmirBank-ın internet saytında BillPay sistemi ilə on-layn ödəniş edənlər hər 1 manat üçün 100 bonus xalı əldə edirlər və toplanan bonuslardan istifadə edərək lotereyada iştirak hüququ qazanırlar. Lotereyada HP mininotu, Canon fotoaparatı, parfüm və məişət texnikası mağazasından 100 manatlıq kuponlar oynanılacaq. Lotereyanın 2-ci tirajı 21 dekabr 2012-ci il tarixində keçiriləcək.

Onlayn ödənişlər VISA və MasterCard beynəlxalq ödəniş sistemlərinin təhlükəsizlik standartları üzrə xüsusi sertifikasiya keçmiş ödəmə sistemi vasitəsi ilə dərhal həyata keçirilir. Plastik kart sahibləri evdən və ya ofisdən sadəcə DəmirBank-a 149 nömrəsinə zəng etməklə də bu ödənişləri həyata keçirə bilər.

DəmirBank eləcə də plastik kart sahibi olmayan müştərilərə Bankın filiallarında kommunal (işıq, qaz, su), stasionar və mobil rabitə, İnternet, kabel TV və DYP cərimələrinin ödənişlərini təklif edir.

DəmirBank-ın plastik kartlarını əldə etmək üçün Bankın filiallarında və ya http://www.demirbank.az/?/az/ordercard/ səhifəsində on-layn qaydada sifariş etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti