...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2012 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir C.Nəsibova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib. Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78494 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

22 oktyabr

0,7850

29 oktyabr

0,7850

23 oktyabr

0,7850

30 oktyabr

0,7850

24 oktyabr

0,7850

31 oktyabr

0,7849

25 oktyabr

0,7850

1 noyabr

0,7849

26 oktyabr

0,7850

2 noyabr

0,7849

Həftə ərzində orta

0,7850

Həftə ərzində orta

0,78494

Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,0003 bənd azalıb. Orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7838 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): oktyabrın 29-da 0,7841 AZN/USD məzənnə ilə 17,68 mln. dollar; oktyabrın 30-da 0,7839 AZN/USD məzənnə ilə 6,858 mln. dollar; oktyabrın 31-də 0,7836 AZN/USD məzənnə ilə 1,935 mln. dollar; noyabrın 1-də 0,7836 AZN/USD məzənnə ilə 0,85 mln. dollar; noyabrın 2-də 0,7838 AZN/USD məzənnə ilə 2,299 mln. dollar.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

22 oktyabr

0,7841

29 oktyabr

0,7841

23 oktyabr

0,7841

30 oktyabr

0,7839

24 oktyabr

0,7841

31 oktyabr

0,7836

25 oktyabr

0,7841

1 noyabr

0,7836

26 oktyabr

0,7841

2 noyabr

0,7838

Həftə ərzində orta

0,7841

Həftə ərzində orta

0,7838

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti