...

Azərbaycanın daşınmaz əmlak bazarında aktivlik səngiyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2012 08:21 (UTC +04:00)
2012-ci ilin birinci yarısında Azərbaycanın daşınmaz əmlak bazarında müşahidə olunan aktivlik üçüncü rübdə bir qədər səngiyib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2012-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir.
Azərbaycanın daşınmaz əmlak bazarında aktivlik səngiyib

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir A.Axundov/

2012-ci ilin birinci yarısında Azərbaycanın daşınmaz əmlak bazarında müşahidə olunan aktivlik üçüncü rübdə bir qədər səngiyib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2012-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir.

Ümumilikdə 2012-ci ilin 9 ayı ərzində təkrar mənzil bazarında qiymətlər 5.5%, ilkin bazarda isə 0.9% artıb.

"Təkrar mənzil bazarında müşahidə olunan qiymət artımı əsasəsən daşınmaz əmlak bazarında təklifin daralması ilə izah olunur. Lakin təkrar mənzil bazarında 1 kvadratmetr mənzil sahəsinin qiyməti 2008-ci ilin dekabr ayına nəzərən 9.5%, ilkin bazarda isə 22.8% aşağıdır", - icmalda qeyd olunur.

Ötən dövr ərzində yaşayış obyektərində kirayə haqqı 9.6% artıb, kommersiya obyektlərində icarə haqqı isə 4.3% ucuzlaşıb.

İpoteka kreditləşməsinin davam etməsi də daşınmaz əmlak bazarında, xüsusilə təkrar bazarda aktivliyə təsir göstərib. 2012-ci ilin 9 ayı ərzində banklar tərəfindən verilən ipoteka kreditlərin həcmi 45.6 mln manat, Azərbaycan İpoteka Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi isə 69.5 mln manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti