...

Ötən ay Bakıda 1300-dən çox abunəçi smart-kart tipli su sayğacları ilə təmin olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2012 17:36 (UTC +04:00)
Ötən bir ay ərzində Bakı şəhərində 1300-dən artıq əhali abunəçisi smart-kart tipli sayğaclarla təmin olunub.
Ötən ay Bakıda 1300-dən çox abunəçi smart-kart tipli su sayğacları ilə təmin olunub (FOTO)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Ötən bir ay ərzində Bakı şəhərində 1300-dən artıq əhali abunəçisi smart-kart tipli sayğaclarla təmin olunub. Bununla paralel olaraq qeyri-əhali qrupu abunəçilərə də yeni sayğacların quraşdırılması sürətləndirilib.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ümumilikdə ilin əvvəlindən indiyədək 9400-dən artıq qeyri-əhali qrupu abunəçisi smart-kart sayğacları ilə təmin olunub. Bununla da smart-kart sayğaclarından istifadə edən abunəçilərin sayı 10700-ü ötüb.

Qeyd edək ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına ön ödənişli sayğacların quraşdırılması "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur.

Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına aparılır.

Cari ilin may ayından Bakı, Abşeron və Sumqayıt Sukanal idarələrinin xidmət göstərdiyi ərazilərdə belə sayğacların quraşdırılmasına başlanılıb. İlkin mərhələdə smart-kart tipli sayğaclar su sərfiyyatı böyük olan yerlərdə, əsasən, qeyri-əhali qrupu abunəçiləri üzrə quraşdırılırdısa, artıq oktyabr ayından başlayaraq əhali abunəçiləri üçün də belə sayğaclar quraşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti