...

AzTA Bakıda Qonaqpərvərlik üzrə Biznes Məktəbi açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2012 10:00 (UTC +04:00)
Azərbaycan Turizm Assosiasiyası (AzTA) bu gün yeni mehmanxana idarəçilik məktəbinin, Qonaqpərvərlik üzrə Biznes Məktəbinin (QBM) açılışını elan edib.
AzTA Bakıda Qonaqpərvərlik üzrə Biznes Məktəbi açır

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Azərbaycan Turizm Assosiasiyası (AzTA) bu gün yeni mehmanxana idarəçilik məktəbinin, Qonaqpərvərlik üzrə Biznes Məktəbinin (QBM) açılışını elan edib.

Assosiasiyadan Trend-ə verilən məlumata görə, QBM Azərbaycanda qonaqpərvərlik sənayesinin birbaşa əlaqə, nəzarət və idarəetmə səviyyəsində müxtəlif peşə sertifikatları təklif edən ingilis dilində ilk təhsil proqramı olacaq. Amerikanın məşhur Mehmanxana üzrə Təhsil Assosiasiyasının (AHLEI) "İxtisas Sertifikatları", "Qonaqpərvərlik İdarəçiliyi Diplomu", "İkili Diplomu", eləcə də orta məktəb kurikulumu, Qonaqpərvərlik və Turizm İdarəçiliyi Proqramı QBM-in elmi konsepsiyasının tərkib hissəsi olacaq.

AzTA və AHLEI arasında 2011-ci ilin avqust ayında razılaşma memorandumu imzalanıb. AzTA artıq SQT (Sertifikatlaşdırılmış Qonaqpərvərlik Təlimçisi) üzrə ilk seminarı təşkil edib ki, burada da Azərbaycanın qonaqpərvərlik sənayesində keyfiyyətli işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədilə birbaşa əlaqə və nəzarət üzrə əməkdaşların təlim keçməsi və təsdiq olunması üçün yeni təlimçilər çalışacaq.

AzTA Azərbaycan Turizm İnstitutunun müəllimləri (ATİ) üçün ilk QSM (Qonaqpərvərlik üzrə Sertifikatlaşdırılmış Müəllim) seminarını təşkil edib. Mükafat qazandıran bu proqram dünyada qonaqpərvərliyi tədris edənlər üçün yeganə peşə inkişafı imkanıdır və tələbələrin tənqidi düşünmə qabiliyyətini möhkəmləndirmək və daha çox öyrənmə motivasiyasını təmin etmək üçün onlara imkanlar verir.

QBM Nardaran qəsəbəsində, Bakının mərkəzindən 30 dəqiqəlik məsafədə yerləşən, eksklüziv premium kateqoriyalı istirahət ocağı olan məşhur "Sea Breeze" mehmanxanasının ərazisində ilk məkanını yaradacaq.

"Biz regionda qonaqpərvərlik sahəsində peşəkar təhsil üzrə aparıcı təminatçı kimi məktəbimizi inkişaf etdirməyə arzu edirik, - QBM-in yeni təyin edilmiş direktoru George Ubbelohde bildirir. - Komandamız bu sənaye peşəkarlarına, tələbələrə təlim keçərək onların peşəkar inkişafını gücləndirməyi, eləcə də onları Azərbaycanın qonaqpərvərlik biznesləri ilə əlaqələndirməyi səbrsizliklə gözləyir".

AzTA haqqında

Azərbaycan Turizm Assosiasiyası 2009-cu ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılıb və 2011-ci ilin iyul ayından Dünya Turizm Təşkilatının üzvüdür. Assosiasiyanın ümumi məqsədi Azərbaycanın turizm sektorunu inkişaf etdirmək və sağlam, möhkəm daxili və xarici turizm yaratmaqdır.

AHLEI haqqında

1953-cü ildə Amerikanın Hotel və Mehmanxana Assosiasiyasının qeyri-kommersiya təhsil təsisatı kimi yaradılan Təhsil İnstitutunun vəzifəsi dünya üzrə qonaqpərvərlik peşəkarlarını təlimləndirmək, təsdiqləmək məqsədilə keyfiyyət resurslarını inkişaf və təmin etdirməklə mehmanxana sənayesi, qonaqpərvərlik üzrə məktəblər və müvafiq qonaqpərvərlik sənayeləri üzrə üstün təminatçı kimi qalmaqdır.

"Sea Breeze" haqqında

"Sea Breeze" hoteli "Krokus Group"un bir hissəsidir.

"Sea Breeze Residence & Hotel" istirahət kompleksinin ərazisi 20000 ağacı və 10000 kolu, 80 yaşayış villası (400 m2 - 1000 m2), 40 şəhər yaşayış evi (300 m2 - 400 m2) və bir hoteli olan 46 hektar tamamilə yenidən qurulmuş landşaftdan ibarətdir.

"Sea Breeze" hotelinin infrastrukturu diqqətlə qurulub və bura 2.6 hektar ərazini əhatə edən yerdə 32 otaqlı mehmanxana (5000 m2), (3, 4, 5-ci mərtəbələr 83 m2 - 685 m2 xüsusi otaqlar üçündür), 1.2 km uzunluğunda xüsusi çimərlik (13 ha), yaxta və qayıqlar üçün liman, qapalı hovuzu (108 m2) olan İdman Klubu (1000 m2), sauna, açıq hovuz (270 m2), tennis meydançası (600 m2), futbol meydançası (600 m2), uşaqlar ücün meydanca, su oyunları üçün şərait və digər obyektlər daxildir.

George Ubbelohde haqqında

George Ubbelohde qonaqpərvərlik sənayesi üzrə təcrübəli rəhbər, peşəkar təlimçi və beynəlxalq qonaqpərvərlik sənayesi üzrə bir neçə ölkədə akademik təcrübəyə malik pedaqoqdur. Təlim ehtiyaclarının qiymətləndirilməsi, təlim proqramlarının hazırlanması və tədrisi, nəticələrin qiymətləndirilməsi üzrə xüsusi mükəmməl təcrübəsi var. O, yüksək Beynəlxalq Qonaqpərvərlik Sənayesi üzrə təcrübəsi olan Sertifikatlaşdırılmış Hotel Administratoru (SHA), Qonaqpərvərlik üzrə Sertifikatlaşdırılmış Müəllim (QSM) və Sertifikatlaşdırılmış Qonaqpərvərlik Təlimçisidir (SQT). George EFQM-in (Keyfiyyətin İdarə edilməsi üzrə Avropa Fondu) mükəmməllik üzrə eksperti və KALDER (Türkiyə sistemi) üzrə keyfiyyət ekspertidir. Həmçinin, milli və beynəlxalq akkreditasiya, eləcə də bisnes və təhsildə çərçivə modellərinin keyfiyyət sertifikasiyası üzrə ekspert biliklərinə malikdir.

George bir neçə dildə səlis danışır və seminarları ingilis, fransız, yunan və türk dillərində apara bilər. O, belçikalıdır, evlidir və bir qız övladı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti