...

Səlim Müslümov: Azərbaycanda pensiya yaşının dəyişməsi gözlənilmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2012 14:11 (UTC +04:00)
Изменение пенсионного возраста в Азербайджане не планируется,
Səlim Müslümov: Azərbaycanda pensiya yaşının dəyişməsi gözlənilmir

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda pensiya yaşının dəyişdirilməsi planlaşdırılmır. Trend-in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bazar ertəsi "Azərbaycan 2020: Gələcəyə baxış" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Hazırda kişilər üçün pensiya yaşı 63, qadınlar üçün isə 60 yaşdır.

"DSMF-nin aktuar araşdırmalarına əsasən, 2020-ci ilə Azərbaycanda inflyasiya 4 faiz, muzdlu işçilərin sayı 2 milyon nəfər olacaq, bununla belə onların əmək qabiliyyətli əhalinin tərkibində payı 37-dən 42 faizə çatacaq. Orta əməkhaqqı 684 manat səviyyəsində gözlənilir. 2020-ci ilə bir nəfərin pensiya sisteminə gəlmə müddəti 16,4 il (kişilər üçün 10 il, qadınlar üçün isə 21 il) təşkil edəcək. Kişilərin orta hesabla yaşama müddəti 73, qadınlarda isə 81 il gözlənilir", - Müslümov qeyd edib.

Onun sözlərinə görə, 2020-ci ilə sosial sığortanın 1 illik stajının dəyəri pensiyanın baza hissəsinin 12 vahidinə bərabər olacaq.

"Dövlət sosial sığortası üzrə ödənişlərin strukturunda da dəyişikliklər gözlənilir. Belə ki, 2020-ci ilə işəgötürənlər üçün sosial ödnişlərin faizi 22-dən 15 faizə düşəcək, işçilər üçün isə 3-dən 10 faizədək artacaq. 2020-ci ilə pensiyaçıların sayı 1,328 milyon nəfər təşkil edəcək ki, bu da 2013-cü ilin proqnoz göstəricisini 49 min üstələyəcək" , - Müslümov deyib.

Onun sözlərinə görə, 2020-ci ilə bir pensiyaçıya iki sosial sığorta ödəyicisi düşəcək ki, bu da pensiya sığorta sisteminin maliyyə sabitliliyini təmin edəcək.

"2020-ci ilə DSMF-nin xərcləri 4,3 milyard manat təşkil edəcək ki, bu da 2013-cü ilin proqnozlaşdırılan xərclərindən 1,6 dəfə çoxdur. Orta aylıq pensiyanın məbləği 325 dollaradək artacaq, bu da bugünkü kimi orta aylıq əməkhaqqının 38-40 faizini təşkil edəcək. Fondun gəlirlərinin ümumi strukturunda sosial sığorta üzrə ödənişlərdən gəlirlərin payı indiki 58 faizdən 73 faizədək artacaq", - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti