...

Azərbaycanda dəmir yolu kassaların sayı azaldılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2012 13:50 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC-də biletlərin onlayn satışı sistemi tətbiq olunduqdan bəzi rayon mərkəzlərində biletlərin satışı üzrə kassalara ehtiyac aradan qalxıb.
Azərbaycanda dəmir yolu kassaların sayı azaldılır

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir E.İsmayılov /

"Azərbaycan Dəmir Yolları" QSC-də biletlərin onlayn satışı sistemi tətbiq olunduqdan bəzi rayon mərkəzlərində biletlərin satışı üzrə kassalara ehtiyac aradan qalxıb. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Qurban Nəzirov bildirib.

Onun sözlərinə görə, gözlənildiyi kimi, sərnişinlərin otuz faizə yaxını biletləri məhz elektron formatda əldə edir və ona görə də onlara bəzi rayon mərkəzlərində bilet satışı kassalarının bağlanamsı haqqında qərar qəbul edilib.

Kassaların ləğv olunması ilə əlaqədar orada çalışan kassirlər ixtisar olunacaqlar.

QSC daxili və xarici sərnişin reyslərinə biletlərin onlayn satışına 2011-ci ilin noyabrından başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti