...

Azərbaycanda əhalinin gəlirləri 13 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2012 15:16 (UTC +04:00)
2012-ci ilin on bir ayında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq 29,9 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 3260,5 manat və ya ayda 296,4 manat təşkil edib.
Azərbaycanda əhalinin gəlirləri 13 faizdən çox artıb

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

2012-ci ilin on bir ayında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq 29,9 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 3260,5 manat və ya ayda 296,4 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 11 faiz bəndi üstələyərək 12,2 faiz olub.

Gəlirlərin 64 faizi son istehlaka, 8,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 26,1 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 27,4 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 14 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti