Azərbaycan, Bakı, 13 dekabr /Trend/
"Unibank" Yeni illə bağlı arayışsız yeni nağd kredit kampaniyasına başlayıb.
Bankdan Trend-ə verilən məlumata görə, yanvarın 13-dək davam edəcək bu kampaniya çərçivəsində hər kəs iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə illik 3%-dən artıq endirimlə nağd kredit götürə biləcək.
Minimal məbləği 300 manat olan arayışsız kreditin maksimal məbləği 5000 manatdır. Kreditin müddəti 3-30 aydır. Arayışsız kreditlər "Unibank"ın bütün paytaxt və rayon filiallarında verilir.
Kampaniya çərçivəsində müştərilərin qeydiyyatına, iş stajına heç bir tələb qoyulmur. Paralel olaraq, hədiyyə kimi mobil operatorlar vasitəsilə bir saatlıq danışıq kartları da təqdim ediləcək. Başqa banklarda kredit borcu olanlara da arayışsız kredit veriləcək.
Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə "Unidirect" xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb öz iş (korporativ) elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.
Müştərilərinə bütün həftəni xidmət etmək üçün "Unibank"ın filialları şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsi olmadan işləyir. Bankın Bülbül pr., 10 ünvanında, "Sahil" metrostansiyasının yaxınlığında yerləşən eyniadlı filialı günün 24 saatı fəaliyyətdədir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (http://www.unibank.az/az/private-clients/kampaniyalar/yeni-il-kreditleri) və yaxud "facebook" səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.