...

"Albalı" kartdan Yeni il bonusu

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2012 19:53 (UTC +04:00)
Çox-çox sərfəli "Albalı" kartdan Yeni il sürprizi. Dekabrın 22-dən 28-dək (7 gün) partnyor şəbəkəsində "Albalı" kartla 6 ay və daha artıq müddətli alış-veriş edən hər kəs etdiyi əməliyyatın 3,03%-i həcmində toplam bonus qazanacaq.
"Albalı" kartdan Yeni il bonusu

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

Çox-çox sərfəli "Albalı" kartdan Yeni il sürprizi. Dekabrın 22-dən 28-dək (7 gün) partnyor şəbəkəsində "Albalı" kartla 6 ay və daha artıq müddətli alış-veriş edən hər kəs etdiyi əməliyyatın 3,03%-i həcmində toplam bonus qazanacaq.

"Albalı" kart sahibləri "Unibank"ın 300-ə yaxın partnyor mağazasında bu fürsətdən istifadə edə biləcəklər.

"Atəşgah Sığorta" şirkətinin 11 satış məntəqəsində, 28 Mall, Integral, World Telekom və Nərgiz Ticarət Mərkəzində elə yerindəcə "Albalı" taksit kartlarını rəsmiləşdirmək mümkündür. "Gənclik" metrostansiyasının çxışında qurulmuş stenddə də "Albalı" karta sahiblənmək olar.

3 il müddətinə kredit cəlb etməyə imkan verən "Albalı" kartı bankomat vasitəsilə 200 AZN-dək nağd pulu almağı da mümkün edir.

Həyatınızı bu qədər rahatlaşdıran "Albalı" kartı haqqında daha çox məlumat almaq üçün albali.az saytına daxil olun. Burada hər gün artan partnyorların siyahısı ilə də tanış ola (http://albali.az/partnyorlar/) bilərsiniz.

Xidmətlə bağlı əlavə məlumatları (012)117 nömrəli telefondan öyrənmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti