Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir İ.Xəlilova/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib.
Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78488 manat səviyyəsində müəyyən olunub.
ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi |
|||
10 dekabr |
0,7847 |
17 dekabr |
0,7849 |
11 dekabr |
0,7849 |
18 dekabr |
0,7849 |
12 dekabr |
0,7849 |
19 dekabr |
0,7849 |
13 dekabr |
0,7849 |
20 dekabr |
0,7849 |
14 dekabr |
0,7849 |
21 dekabr |
0,7848 |
Həftə ərzində orta |
0,78486 |
Həftə ərzində orta |
0,78488 |
Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməz qalıb. Orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7839 manat səviyyəsində müəyyən olunub.
Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): dekabrın 17-də 0,7839 AZN/USD məzənnə ilə 2 mln. dollar; dekabrın 18-də 0,7839 AZN/USD məzənnə ilə 2,833 mln. dollar; dekabrın 19-da 0,7839 AZN/USD məzənnə ilə 0,9 mln. dollar; dekabrın 20-də 0,7839 AZN/USD məzənnə ilə 0,815 mln. dollar; dekabrın 21-də 0,7839 AZN/USD məzənnə ilə 3,99 mln. dollar.
ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi |
|||
10 dekabr |
0,7842 |
17 dekabr |
0,7839 |
11 dekabr |
0,7842 |
18 dekabr |
0,7839 |
12 dekabr |
0,7842 |
19 dekabr |
0,7839 |
13 dekabr |
0,7842 |
20 dekabr |
0,7839 |
14 dekabr |
0,7840 |
21 dekabr |
0,7839 |
Həftə ərzində orta |
0,78416 |
Həftə ərzində orta |
0,7839 |
USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.