...

DəmirBank "BillPay" onlayn ödənişləri üzrə qalibləri müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2012 15:31 (UTC +04:00)
DəmirBank-ın saytından "BillPay" onlayn ödənişləri üzrə lotereyanın 2-ci tirajı keçirilib. Bankdan Trend-ə verilən məlumata görə, qaliblərə elektron poçt vasitəsilə nəticələr barədə məlumat verilib.
DəmirBank "BillPay" onlayn ödənişləri üzrə qalibləri müəyyənləşdirib

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

DəmirBank-ın saytından "BillPay" onlayn ödənişləri üzrə lotereyanın 2-ci tirajı keçirilib. Bankdan Trend-ə verilən məlumata görə, qaliblərə elektron poçt vasitəsilə nəticələr barədə məlumat verilib.

Şərtlərə görə "BillPay" sistemi ilə onlayn ödəniş edənlər toplanan bonuslardan istifadə edərək lotereyada iştirak ediblər. Ümumilikdə lotereyada 2 ədəd HP mininotu, 2 ədəd "Canon" fotoaparatı, "Ideal" mağazalar şəbəkəsindən 2 ədəd və "Music Gallery" mağazalar şəbəkəsindən 2 ədəd olmaqla, hər biri 100 manatlıq kuponlar oynanılıb.

Qeyd edək ki, ödənilən hər 1 manat üçün istifadəçi 100 bonus xalı əldə edib. Lotereyada iştirak etmək istəyənlər şanslarını özləri müəyyən edirdilər. Belə ki, HP mininotu üçün 1500, "Canon" fotoaparatı üçün 400, kuponlar üçün isə 200 bonus xalı tələb olunurdu.

Plastik kart sahibləri "BillPay" onlayn ödəniş xidməti vasitəsilə https://billpay.demirbank.az internet səhifəsində qeydiyyatdan keçərək kommunal, stasionar və mobil rabitə, internet provayder və kabel TV xidmətlərinin onlayn ödənişini həyata keçirə bilər.

DəmirBank plastik kartlar üzrə "5 manata" və "Pulsuz" kampaniyalarını keçirir. "5 manata kart" kampaniyası üzrə müştərilər yalnız 5 manat ödəməklə VISA Classic və MasterCard Standard kartlarını əldə edə bilər. "Pulsuz" kampaniyasına əsasən müştəri kartı tam pulsuz əldə edə bilər, lakin bu halda kart hesabına zəruri məbləğdə ilkin mədaxil etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti