Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İ.Xəlilova/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının altıncı emissiyasını qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı QKDK-nin yaydığı xəbərdə deyilir.
Bu, ölkədə ipoteka istiqrazlarının altıncı emissiyası olacaq.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 40 min istiqraz buraxılıb. Emissiya açıq yerləşdirmə yolu ilə reallaşdırılacaq.