...

"AXA MBASK" kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2012 18:38 (UTC +04:00)
Dekabrın 26-dan etibarən "AXA MBASK" ASC-nin 2 001 680 manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanılır.
"AXA MBASK" kapitalını artırır

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir C.Nəsibova/

Dekabrın 26-dan etibarən "AXA MBASK" ASC-nin 2 001 680 manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanılır. Bu barədə çərşənbə günü Trend-ə Bakı Fond Birjasından (BFB) məlumat verilib.

"Şirkət səhmlərinin BFB-nin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı təkliflə fond birjasına müraciət edib", - birjanın məlumatında deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 382 manat olan 5 240 səhm buraxılıb.

Yerləşdirmənin anderrayteri qismində "Uni Capital" ASC çıxış edir.

Emissiya prospektinin yerləşdirilməsi nəticəsində sığorta şirkətinin nizamnamə kapitalı 6,73 milyon manatdan 8,73 milyon manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti