...

Azərbaycan brokerlərinin renkinqində yenidən dəyişikliklər olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2013 17:34 (UTC +04:00)
2012-ci ilin dekabr ayında dövlət qiymətli kağızlar (DQK) bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqinə "Çelsi Kapital" MMC başçılıq edib.
Azərbaycan brokerlərinin renkinqində yenidən dəyişikliklər olub

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

2012-ci ilin dekabr ayında dövlət qiymətli kağızlar (DQK) bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqinə "Çelsi Kapital" MMC başçılıq edib. Şirkət bir müştəriyə ümumi dəyəri 60,8 milyon manat olan broker xidmətləri göstərib. Bu barədə çərşənbə axşamı Trend-ə Bakı Fond Birjasından məlumat verilib.

İkinci yeri bir müştəriyə 59,15 milyon manat dəyərində broker xidmətləri göstərmiş "Paşa Kapital" MMC tutub.

Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 16,98 milyon manatla "BoB Broker" qərarlaşıb.

2012-ci il dekabr ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi:

Xidmətlərin həcminə görə cari yer

Xidmətlərin həcminə görə əvvəlki yer

Brokerlər

Broker xidmətlərinin məbləği (AZN)

1

2

"Çelsi Kapital" MMC

60 814 325,55

2

1

"Paşa Kapital" MMC

59 152 951,59

3

4

"BoB Broker" MMC

16 981 123,71

4

3

"Brokdil-Az" MMC

15 996 476,63

5

6

"Unicapital" ASC

9 044 085,88

6

5

"Texnika Kapital Menecment" MMC

5 721 872,31

Məqalədə:
Xəbər lenti

Xəbər lenti