Azərbaycan, Bakı, 8 yanvar /Trend/
2012-ci ildə dövlət qiymətli kağızlar (DQK) bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqinə başçılıq edən "Çelsi Kapital" MMC-nin dövriyyəsi 4,47 dəfə artaraq 513,14 milyon manat təşkil edib. "Çelsi Kapital" 2011-ci ilin yekunları üzrə üçüncü yeri tutub. Bu barədə çərşənbə axşamı Trend-ə Bakı Fond Birjasından məlumat verilib.
İkinci yeri 10-cu pillədən yüksələn "ADB-Broker" tutub, bokerin dövriyyəsi 2 min dəfədən çox artıb. Bazarın yeni oyunçusu olan "Paşa Kapital" 149,025 milyon manatlıq dövriyyə ilə üçüncü yerdə qərarlaşıb. Halbuki 2011-ci ildə ilk pilləni ötən il 8 pillə geriləyən "Caspian Financial ltd" şirkəti tuturdu, 2012-ci ildə yeddinci mövqedə qərarlaşan "Respublika İnvest" isə ikinci olmuşdu.
Ümumilikdə ötən il broker xidmətləri bazarının iştirakçılarının sayı dəyişməyib, çünki "Paşa Kapital" bazarda "Yapı Kredi İnvest"i əvəzləyib. "Yapı Kredi İnvest" 2011-ci ildə göstərilən xidmətlərin həcminə görə 4-cü olmuşdu.
2012-ci ildə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi:
2012-ci ildə əməliyyatların həcminə görə yer |
2011-ci ildə əməliyyatların həcminə görə yer |
Brokerlər |
Broker xidmətlərinin həcmi (AZN) 2012-ci ildə |
Broker xidmətlərinin həcmi (AZN) 2011-ci ildə |
1 |
3 |
"Çelsi Kapital" MMC |
513 143 549,47 |
114 744 600,43 |
2 |
10 |
"ADB-Broker" MMC |
326 752 963,55 |
158 868,03 |
3 |
- |
"Paşa Kapital" MMC |
149 025 432,46 |
- |
4 |
6 |
"BoB Broker" MMC |
95 589 346,21 |
92 442 451,34 |
5 |
5 |
"Brokdil-Az" MMC |
54 399 780,40 |
99 710 061,97 |
6 |
7 |
"Texnika Kapital Menecment" MMC |
54 195 907,28 |
37 613 021,29 |
7 |
2 |
"Respublika İnvest" MMC |
30 988 907,76 |
222 692 803,85 |
8 |
9 |
"Unicapital" ASC |
21 031 128,97 |
1 398 934,57 |
9 |
1 |
"Caspian Financial ltd" MMC |
2 157 482,32 |
291 206 229,28 |
10 |
8 |
"Standard Kapital" MMC |
494 546,50 |
4 944 509,96 |
- |
4 |
"Yapi Kredi İnvest" MMC |
- |
112 829 410,16 |