...

Azərbaycanın magistral yollarında vəziyyət necədir? (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2013 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.İsmayılov /

Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" SC ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraitində magistral avtomobil yollarında normal hərəkətin təmin olunması üçün lazım olan bütün zəruri işləri həyata keçirir. Bu barədə Trend-ə cümə axşamı SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Görülən işlərə toxunan Mürsəliyev bildirib ki, Bakı-Qazax yolunun Gəncə-Qazax hissəsində yağan qarın qalınlığı 5-10 santimetrə çatıb. Aparılan işlər nəticəsində yolun həmin hissəsində avtomobillərin hərəkəti təmin olunub.

Habelə Şamaxı-İsmayıllı-Şəki magistralında aparılan təmizləmə işləri və yola qum və duzun səpilməsi nəticəsində normal hərəkət rejimi bərpa olunub. Ələt-Astara magistralında da hərəkət hazırda normal vəziyyətdədir.

Öz növbəsində, qarın qalınlığının 20 santimetrə çatan Gəncə-Daşkəsən yolunda aparılan təmizləmə işləri, qum və duz səpilməsi üzrə görülən işlər nəticəsində burada da normal hərəkət rejimi bərpa edilib.

Eləcə də Şəmkir-Gədəbəy yolunda aparılan analoji işlər nəticəsində avtomobil vasitələrinin normal hərəkəti bərpa edilib. Burada qarın qalınlığı 40 santimetr təşkil edirdi.

"Bağlı yollar yoxdur. Avtomobil magistrallarında hərəkət tam təmin olunub. Vəziyyət tam nəzarət altındadır", - Mürsəliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti