...

Dinamik şəhər avtomobili Ford Fiesta üçün yeni təklif (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2013 14:42 (UTC +04:00)
Yeni Ford Fiesta effektiv dizaynı və rənglərin mükəmməl seçimi, yüksək manevr imkanları və kompakt ölçüləri ilə şəhər həyatı üçün ideal seçimdir.
Dinamik şəhər avtomobili Ford Fiesta üçün yeni təklif  (FOTO)

Yeni Ford Fiesta effektiv dizaynı və rənglərin mükəmməl seçimi, yüksək manevr imkanları və kompakt ölçüləri ilə şəhər həyatı üçün ideal seçimdir. Avtomobil 1.4 litrlik 96 at gücünə malik mühərrik və 4 pilləli avtomat transmissiya ilə təchiz olunub.

Mükəmməl şəhər avtomobili Ford Fiesta avtomobil axınında qabarıq ön faraların xüsusi təravət və yenilik gətirdiyi heyrətamiz görünüş və xarici dizayn üslübu ilə fərqlənir. Radiator şəbəkəsinin xromlanmış haşiyəsi, kuzov rənginə boyanmış qapıların xarici dəstəyi və baqaj hissəsinin dəstəyi avtomobilə xüsusi gösəllik bəxş edir. Salonun yeni üslublu bəzək materiallarının geniş seçimi qəribə genişlik, rahatlıq və nəfislik hissi yaradır. Fiesta avtomobilləri iki zonalı klimat-kontrol, bort kompyuteri, avtomatik işıqlandırma sistemi, yağış sensoru, qatlanan arxa görünüş güzgüləri və digər bu kimi yeni yüksək texnoloji funksiyalarla təchiz olunub.

Ford Fiesta-da təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub. Antiblok əyləc sistemi, Sürücü tərəfdə diz hava yastığı, mərkəzi kilidlənmə sistemi ilə bərabər uşaqların təhlükəsizliyini təmin edən arxa qapının kilidlənməsi üçün nəzərdə tutulan "child lock" da quraşdırılıb.

Ford Azərbaycan şirkəti Yeni ilin ilk ayındaca Ford Fiesta əldə etmək üçün yeni sərfəli şərt təklif edir. İndi müştərilər Ford Fiesta avtomobilini 600 AZN endirimlə Ford Satış Mərkəzindən əldə edə bilərlər.

FORD. HƏR ZAMAN ÖNDƏ!

Ünvan: Bakı şəhəri, Xətai prospekti 36
Telefonlar: 496 01 10, 496 00 21
www.ford.az
www.facebook.com/FordAzerbaijan

Məqalədə:
Xəbər lenti

Xəbər lenti