...

Azərbaycan "Beynəlxalq Yaşıl Həftə" sərgisində 30-a yaxın şirkətlə təmsil olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2013 16:50 (UTC +04:00)
Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə - 2013" ("International Green Week - 2013") sərgisi öz işinə başlayıb.
Azərbaycan "Beynəlxalq Yaşıl Həftə" sərgisində 30-a yaxın şirkətlə təmsil olunur

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə - 2013" ("International Green Week - 2013") sərgisi öz işinə başlayıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu il Azərbaycan 6-cı dəfədir ki, bu sərgidə iştirak edir. Ölkəmiz "Beynəlxalq Yaşıl Həftə - 2013" sərgisində 30-a yaxın şirkətlə təmsil olunur.

Nazirliyin təşkilatçılığı ilə sərginin Azərbaycan pavilyonunda ölkəmizdə istehsal olunan 250-ə yaxın çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş etdirilir.

Sərgi çərçivəsində bu gün alman və Azərbaycan iş adamlarının iştirakı ilə ölkəmizin biznes və investisiya imkanlarına dair təqdimat keçirilib.

Yanvarın 27-dək davam edəcək sərgi çərçivəsində iştirakçılara Azərbaycan haqqında müxtəlif çap materialları, jurnal, broşur və disklər paylanacaq.

Qeyd edək ki, Avropanın ən iri sərgisi hesab olunan "Beynəlxalq Yaşıl Həftə" 1926-cı ildən etibarən keçirilir. Hər il dünyanın 70 ölkəsindən 1500-dən çox müəssisənin və 5000-ə qədər media nümayəndəsinin iştirak etdiyi sərgi yarım milyondan artıq insan tərəfindən ziyarət olunur. "Beynəlxalq Yaşıl Həftə - 2013" sərgisi sahibkarların yeni tərəfdaşlıq əlaqələrinin yaradılması və əməkdaşlığın genişləndirilməsində xüsusilə əhəmiyyətlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti