...

Azərbaycan və Rusiyanın gömrük orqanları sərhəddəki növbələrlə bağlı problemləri müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2013 19:27 (UTC +04:00)
Azərbaycan və Rusiyanın gömrük orqanlarının nümayəndələri sərhəd-keçid məntəqələrində yaranan növbələrlə bağlı problemlərin həlli məqsədilə görüş keçiriblər.
Azərbaycan və Rusiyanın gömrük orqanları sərhəddəki növbələrlə bağlı problemləri müzakirə ediblər

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycan və Rusiyanın gömrük orqanlarının nümayəndələri sərhəd-keçid məntəqələrində yaranan növbələrlə bağlı problemlərin həlli məqsədilə görüş keçiriblər. Bu barədə Trend cümə günü "RİA Dağıstan" agentliyinə istinadən məlumat verir.

Bu yaxınlarda "Yaraq-Qazmalar" keçid məntəqəsi ərazisində Rusiya və Azərbaycanın sərhəd nümayəndələrinin işçi görüşü baş tutub. Görüşdə Dağıstan gömrük orqanının vəzifəli şəxsləri də iştirak ediblər.

Dağıstan gömrük orqanının nümayəndəsi agentliyə bildirib ki, tərəflər dialoq zamanı sərhəd-keçid məntəqələri vasitəsilə keçən vətəndaşlar və nəqliyyat vasitələrinin yubanmasının aradan qaldırılmasına yönəldilmiş bir sıra tədbirlər hazırlayıblar.

Görüş iştirakçıları Rusiya və Azərbaycanın dövlət nəzarət orqanlarının qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi məsələlərini nəzərdən keçiriblər.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın Dövlət Gömtük Komitəsinin verdiyi məlumata görə, son vaxtlar Azərbaycan-Rusiya sərhədində, Xaşmaz Gömrük İdarəsinin Samux gömrük keçid məntəqəsində sərhədi keçmək istəyən avtomobillərdən ibarət növbə yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti