...

Azərbaycan Polşanın qiymətli kağızlar bazarı sahəsində təcrübəsini öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2013 18:55 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Polşa Maliyyə Nəzarəti Agentliyi ilə məsləhətləşmələr aparır.
Azərbaycan Polşanın qiymətli kağızlar bazarı sahəsində təcrübəsini öyrənir

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir A.Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Polşa Maliyyə Nəzarəti Agentliyi ilə məsləhətləşmələr aparır.

Komitədən Trend-ə verilən məlumata görə, məsləhətləşmələr "Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin institusional inkişafı" tvinninq layihəsi çərçivəsində Avropa İttifaqının qiymətli kağızlar bazarında şəffaflıq üzrə müvafiq direktivlərinin Polşada tətbiqi təcrübəsi, eləcə də həmin direktivlərin Azərbaycanın milli qanunvericiliyində tətbiqi imkanlarının dəyərləndirilməsi məqsədilə keçirilir.

Polşa Maliyyə Nəzarəti Agentliyi tərəfindən həyata keçirilən sözügedən tvinninq layihəsinin məqsədi Azərbaycanda qiymətli kağızlar bazarının institusional, hüquqi və tənzimləyici çərçivəsinin Avropa İttifaqında mövcud olan standartlara uyğunlaşdırılması, habelə bazar iştirakçılarının məlumatlılığının artırılmasına dəstək göstərilməsindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti