...

İqtisadi İnkişaf və Vergilər nazirliklərinin tabeliyindəki strukturların siyahısı təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2013 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir A.Axundov/

Nazirlər Kabineti "Sumqayıt Kimya Texnoloji Park" MMC-nin İqtisadi İnkişaf Nazirliyinin tabeliyindəki, lakin qurumun strukturuna daxil olmayan təşkilatların siyahısına daxil edilməsi barədə qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü Nazirlər Kabinetinin rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.

Bundan başqa, qərara əsasən, müvafiq siyahıya daxil olan "İstehlak Mallarının Ekspertizası Bürosu" MMC-nin adı "İstehlak Mallarının Ekspertiza Mərkəzi" MMC-yə dəyişdirilib.

Nazirlər Kabineti, həmçinin Vergilər Nazirliyinin tabeliyindəki, lakin onun strukturuna daxil olmayan təşkilatların siyahısının təsdiq edilməsi barədə qərar qəbul edib.

Siyahıya Vergilər Nazirliyi yanında Təlim Mərkəzi daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti