...

"Fitch" "Kapital Bank" və "Paşa Bank"ın reytinqlərini təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2013 20:01 (UTC +04:00)
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Kapital Bank"ın xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (EDR) "Sabit" proqnozla "B+" səviyyəsində təsdiq edib.
"Fitch" "Kapital Bank" və "Paşa Bank"ın reytinqlərini təsdiq edib

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir A.Axundov/

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Kapital Bank"ın xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (EDR) "Sabit" proqnozla "B+" səviyyəsində təsdiq edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü agentliyin yaydığı məlumatda deyilir.

Xarici valyutada qısamüddətli EDR "B" səviyyəsində, davamlılıq reytinqi "b-" səviyyəsində, dəstək reytinqi "4" səviyyəsində, uzunmüddətli EDR-in dəstək səviyyəsi isə "B+" səviyyəsində təsdiq edilib.

"Kapital Bank"ın uzunmüddətli və qısamüddətli EDR-i, onun dəstək reytinqi və uzunmüddətli EDR-in dəstək səviyyəsi ehtiyac yarandığı zaman bankın Azərbaycan hökumətindən dəstək alması potensialını əks etdirir.

"Bankın davamlılıq reytinqi məhdud kommersiya müştəri bazası, uzun müddət ərzində zəif fəaliyyət göstəriciləri, aktivlərin zəif keyfiyyəti, kapitala təzyiq və əlaqəli tərəflərin kreditləşdirilməsinin əhəmiyətli səviyyəsini əks etdirir. Bank fondaşdırmanı, əsasən, müştəri hesabları (2012-cü ilin sonuna görə 42 faiz) və dövlət agentlərindən borclanma (2012-cü ilin sonuna görə 57 faiz) hesabına əldə edir", - məlumatda deyilir.

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi, həmçinin "Paşa Bank"ın xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (EDR) "Sabit" proqnozla "B+" səviyyəsində təsdiq edib.

Xarici valyutada qısamüddətli EDR "B" səviyyəsində, davamlılıq reytinqi "b+" səviyyəsində, dəstək reytinqi "5" səviyyəsində, uzunmüddətli EDR-in dəstək səviyyəsi "dəstək səviyyəsi yoxdur" kimi təsdiq edilib.

"Paşa Bank"ın reytinqlərinin təsdiqi sonuncu dəfə - 2012-ci ilin sentyabrında baxıldıqdan bu günədək bankda risklər strukturunun qismən dəyişməsini əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti