...

Ötən il Bakıda avtomobil yollarının təmiri və saxlanmasına 35 milyon dollardan çox vəsait xərclənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2013 17:49 (UTC +04:00)
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən ötən il Bakı şəhərində qəsəbələr də daxil olmaqla avtomobil yolları, küçə və prospektlərin təmiri və saxlanmasına 28 milyon manat xərclənib.
Ötən il Bakıda avtomobil yollarının təmiri və saxlanmasına 35 milyon dollardan çox vəsait xərclənib

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.İsmayılov/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən ötən il Bakı şəhərində qəsəbələr də daxil olmaqla avtomobil yolları, küçə və prospektlərin təmiri və saxlanmasına 28 milyon manat xərclənib. Trend-in məlumatına görə, bu barədə cümə günü ASC-nin saytında yerləşdirilən ötən ilin yekunlarına həsr edilmiş hesabatda deyilir.

2012-ci ildə Bakı şəhərində 104.4 kilometr avtomobil yolları, prospekt və küçə təmir olunub, 2,8 kilometr uzunluğunda yeni magistral yol tikilib (Bayraq Meydanı ərazisindən keçən).

2012-ci ildə, həmçinin paytaxtda 6 yeraltı piyada keçidi tikilib.

Hesabatda qeyd edilir ki, uzunluğu 1200 metr, asma konstruksiyalı olan "Koroğlu" yol qovşağının III kompleksi, Həsən Əliyev küçəsi ilə Atatürk prospektinin kəsişməsində uzunluğu 546 metr olan avtomobil tuneli tikilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti