...

AZPROMO yenidən WAIPA-nın Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktoru seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2013 16:05 (UTC +04:00)
İsveçrənin Cenevrə şəhərində İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAİPA) 18-ci Dünya İnvestisiya Konfransı keçirilib.
AZPROMO yenidən WAIPA-nın Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktoru seçilib

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İ.Xəlilova/

İsveçrənin Cenevrə şəhərində İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAİPA) 18-ci Dünya İnvestisiya Konfransı keçirilib.

Trend-in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən verdiyi məlumata görə, tədbirdə birbaşa xarici investisiyaların cəlb olunmasının cari vəziyyəti və qlobal meyilləri, infrastruktur sahəsinə investisiyalar, biznes mühiti reytinqlərinin təsirləri, biliklərə əsaslanan birbaşa xarici investisiyaların cəlb olunması mövzusunda müzakirələr aparılıb.

Konfrans çərçivəsində təşkilatın İdarəetmə Komitəsinə seçkilər keçirilib. AZPROMO yenidən iki il müddətinə WAIPA-nın İdəarəetmə Komitəsində Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktoru seçilib.

Bu vəzifəni icra edərək AZPROMO tərəfindən WAIPA-nın missiyasının Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda tətbiqi, investisiyaların cəlb olunması və regional əməkdaşlığın təşviqi həyata keçiriləcək, bu isə Azərbaycanın regionda nüfuzunun daha da artırmasına xidmət edicək.

WAIPA 1995-ci ildə Cenevrədə yaradılıb və 162 ölkədən 244 üzvü var. WAIPA-nın başlıca məqsədi investisiyalara kömək üzrə agentliklər arasında əməkdaşlığın genişləndirilməsi, investisiyaların cəlb edilməsi sahəsində informasiya mübadiləsi və üzv təşkilatlara investisiyalara kömək üzrə strategiyanın formalaşmasında yardımın göstərilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti