...

"PAŞA Həyat Sığorta" istehsalatda icbari sığorta üzrə 49 min manata yaxın ödəniş edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2013 18:00 (UTC +04:00)
Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.
"PAŞA Həyat Sığorta" istehsalatda icbari sığorta üzrə 49 min manata yaxın ödəniş edib

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan "PAŞA Həyat Sığorta" ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.

Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sığorta hadisəsi Azərbaycanda istehsalat sahəsində fəaliyyət göstərən müəssisələrin birində baş verib. Belə ki, "PAŞA Həyat Sığorta" ASC-də sığortalanan həmin müəssisənin işçisi istehsalat prosesi zamanı bədbəxt hadisə nəticəsində ciddi xəsarət alaraq peşə əmək qabiliyyətinin 60%-ni müddətsiz itirib və həmin şəxsə III qrup əlillik dərəcəsi təyin edilib.

Zərərçəkmişlə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydasının müvafiq bəndi tətbiq edilməklə 48,846 min manat həcmində birdəfəlik sığorta ödənişi sığortalının bank hesabına köçürülüb.

Qeyd edək ki, 2012-ci ildə "PAŞA Həyat Sığorta" şirkəti tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə 264 min manata yaxın sığorta ödənişi verilib. Xatırladaq ki, "PAŞA Həyat Sığorta" ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Ötən ildə şirkətin topladığı sığorta haqlarının həcmi 14,697 mln. manat, ödənişləri isə 0,360 mln. manat olub. Cari ilin fevral ayının 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti