...

BVF missiyası Azərbaycanda pul siyasəti və bank sektoru ilə bağlı məsələlər üzrə görüşlər keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2013 13:05 (UTC +04:00)
Mərkəzi Bankın sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
BVF missiyası Azərbaycanda pul siyasəti və bank sektoru ilə bağlı məsələlər üzrə görüşlər keçirəcək

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İzzət/

Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ötən ilin yekunu üzrə iqtisadi vəziyyət, 2013-cü il üçün makroiqtisadi proqnozlar və Mərkəzi Bankın pul-məzənnə siyasəti çərçivəsi, Azərbaycanın bank sektorunun vəziyyəti, həmçinin Azərbaycanda növbəti dövr üçün Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramının (FSAP) həyata keçirilməsinə hazırlıq tədbirləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə ölkədə iqtisadi sabitliyin qorunub saxlanılması və inkişafın təmin olunması üçün həyata keçirilən tədbirlərin BVF tərəfindən dəstəkləndiyi vurğulanıb.

Missiya müddəti ərzində nümayəndə heyəti üzvləri ilə Mərkəzi Bankın aidiyyəti struktur bölmələri arasında pul siyasəti və bank sektoru ilə bağlı məsələlər üzrə görüşlərin də keçiriləcəyi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti