...

“Azərbaycanda QlikView biznes-təhlil platformasının təqdimatı” adlı konfrans keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2013 11:27 (UTC +04:00)
"RBC Group" və "QlikTech" şirkətləri Sizi, 12 mart 2013-cü il tarixində Bakı şəhəri Hilton otelin “Lazurit” konfrans-zalında keçiriləcək “Azərbaycanda QlikView biznes-təhlil platformasının təqdimatı” adlı praktik konfransda iştirak etmək üçün dəvət edir.
“Azərbaycanda QlikView biznes-təhlil platformasının təqdimatı” adlı konfrans keçiriləcək

Azərbaycan, Bakı, 5 mart /Trend/

"RBC Group" və "QlikTech" şirkətləri Sizi, 12 mart 2013-cü il tarixində Bakı şəhəri Hilton otelin "Lazurit" konfrans-zalında keçiriləcək "Azərbaycanda QlikView biznes-təhlil platformasının təqdimatı" adlı praktik konfransda iştirak etmək üçün dəvət edir. Bu barədə Trend-ə "RBC Group" və "QlikTech" şirkətlərindən məlumat verilib.

Konfransda şirkət rəhbərlərinə taktiki və strateji qərarların qəbulunda keyfiyyətcə yeni dərəcəyə keçməkdə, əsas əməkdaşların təsirliliyini yüksəldib eyni zamanda, şirkətin xərclərini xeyli azaldılması məsələlərində köməklik göstərən biznes məlumatların ən yeni iş konsepsiyası təqdim olunacaq. Konfrans zamanı fəaliyyət göstərən və tərkibində biznes təhlilin ətraflı instrumentarisi olan analitik əlavələrin, satiş, ehtiyat maliyyə, alış və s. sahələrində ən yaxşı təcrübəçi-analitiklərin, əsas göstərici panellərinin, analiz alətlərinin, modelləşdirilmə və proqnozlaşdırilmanın nümayişi keçiriləcək.

Konfrans zamanı Ukrayna ilə telekörpü yaradılacaq və bürada siz sistemin real istifadəçilərinin fikirləri ilə tanış olacaqsınız.

Eyni zamavda, "RBC Group" və "QlikTech" şirkətlərinin nümayyəndələri "Business Discovery" konsepsiyasının istifadə imkanlarından, 2012-ci ildə həyata keçirilən layihələrindən, ümumiyyətlə, QlikView ekosisteminin inkişaf planlarından söhbət açacaqlar.
Konfransda Siz mütləq çoxlu yeni bilik və tanışlıq əldə edəcəksiniz.

Konfransda iştirak pulsuzdur.

Konfrans rus dilində keçiriləcək.

İlkin qeydiyyat zəruridir! Bunu etmək şox asandır: saytımızda qısa qeydiyyat formasını doldurmaq kifayyətdir: http://www.rbcgrp.com/prakticheskaya-konferentsiya-premera-platformi-biznes-analiza-qlikview-v-azerbaidzhane-.html

Məqalədə:
Xəbər lenti

Xəbər lenti