...

"Unibank" Albalı kartları üzrə əlavə altı aylıq möhlət təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2013 20:01 (UTC +04:00)
Çox-çox sərfəli ALBALI kart sahiblərinə "Unibank"dan növbəti bayram hədiyyəsi var. 6-7-8 mart tarixlərində ALBALI kartla alış-veriş edənlər, 500-dən artıq partnyor mağazada 6 aylıq əlavə taksitlə ödəniş imkanı qazanacaqlar.
"Unibank" Albalı kartları üzrə əlavə altı aylıq möhlət təklif edir

Azərbaycan, Bakı, 5 mart /Trend/

Çox-çox sərfəli ALBALI kart sahiblərinə "Unibank"dan növbəti bayram hədiyyəsi var. 6-7-8 mart tarixlərində ALBALI kartla alış-veriş edənlər, 500-dən artıq partnyor mağazada 6 aylıq əlavə taksitlə ödəniş imkanı qazanacaqlar.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, aksiya çərçivəsində 3 və daha uzun müddətli ödənişlərə əlavə olaraq, 6 aylıq taksit imkanı da, Bank tərəfindən təqdim ediləcəkdir. Yəni 3 taksitlilər üçün ödəniş müddəti 9 ay, 12 taksitlilər olacaq 18 ay olacaq. Əlavə 6 taksitə görə, malın qiymətində də heç bir dəyişiklik olmayacaq.

"Unibank"ın ALBALI kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında ən çox tələbat duyulan kart məhsuluna çevrilib. ALBALI kartı tamamilə pulsuzdur. Bu kart paytaxtdakı yüzlərlə mağazada məhsul və xidmətlərin qiymətini aylar üzrə hissə-hissə ödəmək imkanı verir. ALBALI kartla alınan malın dəyəri bərabər hissələrə bölünərək, bir neçə ay ərzində (12 aya qədər) və hər ayın 1-dən 10-dək ödənilir. Məsələn, siz "Unibank"ın partnyor-mağazasından120 manatlıq alış-veriş edirsiniz. Mağaza bu məhsulu 12 aylıq taksitlə satırsa, siz hər ay cəmi 10 manat ödəyirsiniz. Ödənişi "Unibank"ın istənilən filialındakı Cash-in terminallarının köməyi ilə aparmaq mümkündür.

Müştərilər ALBALI kartı "Unibank"ın istənilən filialından heç bir komissiya haqqı ödəmədən, illik faiz dərəcəsi 0% olan kreditlə, tamamilə pulsuz olaraq ala bilərlər. 3 il müddətinə 3000 AZN-dək kredit cəlb etməyə imkan verən ALBALI kartı, bankomat vasitəsilə 200 AZN-dək nağd pulu almağı da mümkün edir. ALBALI kartı sifariş etmək çox asandır. Kartı əldə etmək üçün sadəcə online sifariş anketini doldurmaq yetər. Sifariş anketini http://www.albali.az/sifarish-et/ ünvanından doldura bilərsiniz.

"Albalı" kartı ilə baglı bütün məlumatları www.albali.az internet saytından, Unibankın facebook səhifəsindən https://www.facebook.com/albalikart və ya 117 nömrəsindən öyrənmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti