...

Avropa qrupu Kiprə maliyyə yardımı edilməsi üçün sabah toplantı keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Mart 2013 03:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 mart /Trend/

Avrozonanın maliyyə nazirləri Kiprə yardımın edilməsi üçün sabah toplantı keçirəcək. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu diplomatik mənbələr yayıb.

Məlumatda deyilir ki, Avropa qrupunun rəhbəri Yerqen Deysselblum Kiprin Avrozonada qalması üçün bütün imkanları səfərbər edəcəklərini bildirib.

Xatırladaq ki, Kipr hökuməti BVF-dən 10 milyard avro vəsait almaq üçün 5.8 milyard avro yığmalı idi. Lakin bu vəsaitin bankların depozitinə vergi qoymaqla reallaşdırılması planları parlament tərəfindən qəbul edilməyib.

Xəbər lenti

Xəbər lenti