...

"Bank of Baku"nun paytaxtda yeni "Yasamal" filialı – gələcək bu gündən başlayır! (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2013 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart /Trend/

"Bank of Baku"nun paytaxtdakı "Yasamal" filialı yeni, xüsusi layihə üzrə inşa edilmiş binaya köçüb. Bankın "Yasamal" filialı Nazim Hikmət küç., 32C ünvanında yerləşir ("Hezz" klubu ilə üzbəüz). Bu barədə Trend-ə cümə axşamı bankdan məlumat verilib.

"Yasamal" filialı sahəsi 700 kvadratmetr təşkil edən və ən müasir texnologiyalarla təchiz olunmuş binada yerləşib. Filialda mövcud kampaniyalar və bankın təqdim etdiyi xidmətlər haqqında videogörüntüləri yayımlamaq üçün monitorlar, növbənin elektron idarə edilməsi sistemi, kredit ödənişləri və hesabların möhkəmləndirilməsi üçün bankın daxilində və xaricində terminallar, həmçinin müştərilərə aramsız xidmət göstərmək üçün xüsusi İT-avadanlıqlar quraşdırılıb.

Bununla əlaqədar "Bank of Baku"nun baş direktoru Fərid Əlizadə qeyd edib ki, yeni filialın açılışı bir qədər öncə qəbul edilmiş yeni strateji inkişaf proqramı çərçivəsində həyata keçirilib: "Məqsəd daim artan müştəri kütləsinə daha çevik və səmərəli xidmət göstərmək üçün filial şəbəkəsinin təkmilləşdirilməsidir. Memarlıq görünüşü ilə yeni filialımız özündə möhtəşəm və müasir şəhərimizi əks etdirir. Biz müştərilərimizi yeni ünvanda görməyə məmnun olacağıq və bununla da şəhərimizin dinamik görkəminə verdiyimiz töhfə ilə fəxr edirik".

"Yasamal" filialı bazar ertəsi və şənbə saat 09:00-dan 17:00-dək işləyir. Fasilə - 13:00-14:00. Filial bütün növ bank xidmətləri təqdim edir.

"Bank of Baku"nun məhsul və xidmətləri ilə yaxından tanış olmaq üçün bankın Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə və www.bankofbaku.com korporativ səhifəsini ziyarət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti