...

UCBank-ın səhmləri fond birjasının qeyri-kotirovka vərəqəsinə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2013 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart /Trend/

Martın 29-dan etibarən "United Credit Bank" ASC-nin 35 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanır. Bu barədə cümə axşamı Trend-ə Bakı Fond Birjasından (BFB) bildiriblər.

"Bank səhmlərinin BFB-nin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət edib", - birjadan deyiblər.

Emissiya prospektinə hər birinin nominal dəyəri 2 min manat olan 17 500 səhm daxilib.

Sövdələşmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti