Azərbaycan, Bakı, 30 mart /Trend/
Türkiyənin Mülki Aviasiya Baş İdarəsi aprelin 1-dən İstanbul-Yerevan-İstanbul birbaşa reysinin yerinə yetirilməsini dayandırır. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.
İdarədən Trend-ə bu məlumatı nə təsdiq, nə də təkzib ediblər.
Qeyd edək ki, Türkiyə Mülki Aviasiya Baş İdarəsi martın 29-da Van-Yerevan-Van birbaşa reysinin həyata keçirilməsini də "dondurub". Türkiyənin "Bora Jet" aviaşirkəti apreldə Van-Yerevan marşrutu üzrə reyslərin reallaşdırılmasını planlaşdırırdı.