...

Azərbaycanın investisiya imkanları İsveçrə iş adamlarına təqdim edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2013 18:49 (UTC +04:00)
Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Bakıda səfərdə olan İsveçrə iş adamları ilə görüş keçirilib.
Azərbaycanın investisiya imkanları İsveçrə iş adamlarına təqdim edilib

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Bakıda səfərdə olan İsveçrə iş adamları ilə görüş keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın iqtisadi uğurları, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, həyata keçirilən iri layihələr barədə məlumat verib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu qeyd edərək İsveçrədən olan iş adamlarını əməkdaşlığa dəvət edib. Məmmədov, həmçinin AZPROMO-nun fəaliyyəti barədə məlumat verib.

Görüş zamanı Azərbaycanın mövcud və potensial investisiya imkanları barədə müzakirələr aparılıb, İsveçrə iş adamlarını bu sahədə maraqlandıran suallar cavablandırılıb, AZPROMO tərəfindən ölkəmizdə biznes fəaliyyətinin təşkili ilə bağlı müvafiq dəstəyin göstəriləcəyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti