...

Azərbaycan və Gürcüstan keçid məntəqəsinin buraxılış qabiliyyətini artıracaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2013 18:16 (UTC +04:00)
Azərbaycan-Gürcüstan sərhədindəki "Sınıqkörpü" nəzarət-keçid məntəqəsinin buraxılış qabiliyyətinin artırılması imkanları müzakirə edilir.
Azərbaycan və Gürcüstan keçid məntəqəsinin buraxılış qabiliyyətini artıracaqlar

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan-Gürcüstan sərhədindəki "Sınıqkörpü" nəzarət-keçid məntəqəsinin buraxılış qabiliyyətinin artırılması imkanları müzakirə edilir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Gürcüstan Maliyyə Nazirliyi yanında Gömrük İdarəsinin rəisi Laşa Xuçişvili ilə görüşdən sonra deyib.

"Hazırda Ağstafa-Qazax ərazisində piyada və avtomobillər üçün "Sınıqkörpü" məntəqəsi fəaliyyət göstərir. Məntəqənin modernləşdirilməsinə baxmayaraq, onun buraxılış qabiliyyətinin artırılmasına ehtiyac var. Orada bir neçə keçidlər var və biz növbəni aradan qaldırmaq üçün onlardan hansına daha çox diqqət ayırmağı müzakirə edirik. Lazım olarsa, tikinti işləri aparılacaq", - Əliyev bildirib.

Xuçişvilinin sözlərinə görə, tərəflər gömrük məntəqələrində problemləri həll etmək üçün işçi qrupu yaradıblar.

"Sınıqkörpü"də modernləşdirmə işləri aparıldıqdan sonra yeni məntəqənin açılmasına ehtiyac olub-olmaması barədə qərar verəcəyik. İlin sonunadək "Laqodexi" nəzarət-keçid məntəqəsi də işə düşə bilər", - Xuçişvili deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti