...

Mail Rəhimov: Azərbaycan 2013-cü ildə büdcə proqnozlarının düzəlişinə ehtiyac görmür

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2013 13:29 (UTC +04:00)
Azərbaycan 2013-cü ildə büdcə proqnozlarının düzəlişinə ehtiyac görmür.
Mail Rəhimov: Azərbaycan 2013-cü ildə büdcə proqnozlarının düzəlişinə ehtiyac görmür

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir A. Axundov/

Azərbaycan 2013-cü ildə büdcə proqnozlarının düzəlişinə ehtiyac görmür. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İqtisadi siyasət məsələləri şöbənin müdiri Mail Rəhimov bildirib.

"Son vaxtlar dünya bazarında neftin qiymətləri aşağı düşüb. Məlum olduğu kimi, bu il dövlət büdcəsində neftin bir barelinin qiyməti 100 ABŞ dolları səviyyəsində götürülüb. Ancaq indiyə qədər qiymətlər 100 ABŞ dollarından yuxarı idi və bunu görə də, biz qiymətlərin düşməsi ilə əlaqədar çətinliklər gözləmirik. Və büdcədə proqnozlaşdırılan göstəricilərə yenidən baxılmasına ehtiyac yoxdur", - Rəhimov bildirib.

Proqnozlara görə, 2013-cü ildə dövlət büdcəsinin gəlirləri 19,159 milyard manat, xərcləri - 19,85 milyard manat, dövlət büdcəsinin defisiti isə, 691 milyon manat səviyyəsində təsdiqlənib.

Dövlət Neft Fondundan dövlət büdcəsinə ötürmələr 11,350 milyard manat səviyyədə nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti