...

Azərbaycan bu il ipotekanın maliyyələşdirilməsini artıra bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2013 13:47 (UTC +04:00)
Azərbaycan bu il ipotekanın maliyyələşdirilməsinə əlavə vəsait ayıra bilər.
Azərbaycan bu il ipotekanın maliyyələşdirilməsini artıra bilər

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir A. Axundov/

Azərbaycan bu il ipotekanın maliyyələşdirilməsinə əlavə vəsait ayıra bilər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Prezident Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov bildirib.

"Dövlət büdcəsinin proqnozlarına düzəlişlərə əl atmadan praktiki olaraq əlavə vəsait ayırmaq mümkündür. Əgər belə ehtiyac yaranarsa, əlavə vəsait dövlət büdcəsinin ehtiyat fondundan və ya Prezidentin Ehtiyat Fondundan ayrıla bilər. Bunun üçün dövlət büdcəsinin proqnoz göstəricilərinə yenidən baxmağa ehtiyac yoxdur", - Rəhimov deyib.

Onun sözlərinə görə, büdcənin imkanları ipoteka kreditləşməsinə əlavə maliyyə vəsaiti ayırmağa şərait yaradır.

2013-cü ilin dövlət büdcəsində Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondunun xəttilə təqdim edilən sosial ipotekaya 40 milyon manat vəsait yerləşdirilib. Adi ipoteka ipoteka istiqrazlarının yerləşdrilməsindən əldə edilən vəsaitlər hesabına maliyyələşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti