...

Azərbaycanın istehlak bazarında 400 kq-a yaxın keyfiyyətsiz ərzaq malları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2013 20:13 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı keyfiyyətsiz ərzaq məhsulları aşkar edilib.
Azərbaycanın istehlak bazarında 400 kq-a yaxın keyfiyyətsiz ərzaq malları aşkar edilib

Azərbaycan, Bakı, 25 aprel /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı keyfiyyətsiz ərzaq məhsulları aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yoxlamalar Bakının Xətai, Səbail, Yasamal, Binəqədi, Nəsimi rayonlarında, Sumqayıt, Gəncə, Yevlax, Xaçmaz, Saatlı və şəhərlərində keçirilib. Ümumilikdə, monitorinqlər zamanı 400 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ-texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti