Azərbaycan, Bakı, 1 may /Trend/
"Kempinski Badamdar Bakı" hotelinin "Wedding Gallery" alış-veriş mərkəzi əsas mükafat kimi iki nəfərlik romantik səyahət və "Kempinski"nin flaqman otellərindən birində qalmaq imkanı təklif edən aylıq lotereyanı bərpa edir.
27 aprel 2013-cü il tarixindən etibarən 300 AZN məbləğində alış-veriş edən hər bir alıcı aylıq lotereyada iştirak imkanı qazanacaq. İlk çəkiliş 2013-cü il may ayının sonunda boş tutacaq. Xoşbəxt qalib may kampaniyasının rəsmi tərəfdaşı STI Travel tərəfindən təqdim olunacaq iki aviabilet, eləcə də dəbdəbəli "Balçuq Kempsinki Moskva" hotelində iki nəfər üçün üç günlük yaşayış imkanı qazanacaq.
Lotereya hər ay keçirilir və hər dəfə yeni bir ölkəyə səyahət təklif olunur. Müştərilərin rahatlığını təmin etmək üçün baş təşkilatçı - "Kempinski Badamdar Bakı" hoteli lotereyaya yalnız vizasız rejim və ya sadələşdirilmiş viza rejimi ölkələrində yerləşən Kempinski otellərini cəlb etmişdir. Beləliklə, növbəti aylarda lotereyanın qaliblərini, Peterburqa, Gelencikə, Bodruma, Antalyaya, Ajman və Dubaya səyahət gözləyir.