...

Dünya Bankının Azərbaycanda həyata keçirəcəyi kənd təsərrüfatı layihəsinin komponentləri müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2013 19:01 (UTC +04:00)
Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Dünya Bankının “Kənd təsərrüfatının rəqabətliliyinin gücləndirilməsi layihəsi" üzrə qiymətləndirmə missiyası ilə görüşüb. Görüşün məqsədi Dünya Bankı tərəfindən gələcəkdə həyata keçiriləcək bu layihənin komponentlərinin müzakirəsi olub.
Dünya Bankının Azərbaycanda həyata keçirəcəyi kənd təsərrüfatı layihəsinin komponentləri müzakirə olunub

Azərbaycan, Bakı, 2 may /Trend/

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Dünya Bankının "Kənd təsərrüfatının rəqabətliliyinin gücləndirilməsi layihəsi" üzrə qiymətləndirmə missiyası ilə görüşüb. Görüşün məqsədi Dünya Bankı tərəfindən gələcəkdə həyata keçiriləcək bu layihənin komponentlərinin müzakirəsi olub.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə İsmət Abasov Azərbaycan hökumətinin Dünya Bankı ilə 17 il ərzində əməkdaşlıq etdiyini və aqrar sahənin inkişafı ilə bağlı Dünya Bankı tərəfindən həyat keçirilən layihələrin əhəmiyyətini xüsusilə vurğulayıb.

Nazir yeni layihənin hazırlanması ilə əlaqədar Dünya Bankının həm də yerli mütəxəssislərin əldə etdikləri nailiyyətlərdən məmnun olduğunu və onlara öz təşəkkürünü bildirib. Layihədə görülən fəaliyyətlərin hamısının əhəmiyyətli olduğunu və layihənin tətbiqi dövründə bəzi fəaliyyətlər üzrə görüləcək işlərin həcmini artırmaq və ortaya çıxan digər problemlərin də həllinə nail olunacağını qeyd edib.

Bu layihənin əsas xüsusiyyətlərindən biri də oradakı fəaliyyətlərin bir-birini tamamlamasıdır.

Nazir İsmət Abasov yeni layihədə baytarlıq subkomponenti çərçivəsində müəyyən tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edib.

Dünya Bankının Azərbaycan üzrə nümayəndəsi xanım Larisa Leşenko yeni təqdim olunmuş layihənin köhnə layihənin davamı olduğunu, hər komponent üzrə ciddi fikir mübadiləsinin aparıldığını qeyd edib, Avropa İttifaqı və digər maliyyə qurumları ilə qrant vəsaitlərinin səfərbərliyi məsələlərini müzakirə etdiyini vurğulayıb. Gələcəkdə bu layihənin Azərbaycan xalqı üçün dəyərli olacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti