...

İsmət Abasov: Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının artımı qiymətlərin azalmasına səbəb olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2013 13:50 (UTC +04:00)
May ayında əlverişli hava şəraitinin saxlanılması Azərbaycanda kənd təsərrüfatı məhsullarının bütün sahələrinin inkişafına müsbət təsir edəcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov deyib.
İsmət Abasov: Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının artımı qiymətlərin azalmasına səbəb olacaq

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir H. Vəliyev/

May ayında əlverişli hava şəraitinin saxlanılması Azərbaycanda kənd təsərrüfatı məhsullarının bütün sahələrinin inkişafına müsbət təsir edəcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov deyib.

"İstehsal həcmlərinin artması kənd təsərrüfatı məhsullarının qiymətlərinin azalmasına yardım edir və müvafiq olaraq, yarmarkalarda mövsümi məhsul nisbətən ucuz satılacaq" , - nazir qeyd edib.

Onun sözlərinə görə, apreldə müşahidə edilən yağışlı hava ümumilikdə aqrar sahə üçün müsbət amil oldu.

Nazir deyib ki, bununla yanaşı, qeyri-sabit hava şəraiti bitkiçilik sahəsinə az da olsa mənfi təsir edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti