...

“Xalq Bank” ödəniş köşklərini işə salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2013 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend/

7 may 2013-cü il tarixdən etibarən "Xalq Bank"ın Bakı şəhərində yerləşən filiallarında "MİLLİÖN" ödəmə sisteminin ödəniş köşkləri istifadəyə verildi. Ödəniş köşklərindən istifadə edərək növbə gözləmədən və həmin anda mobil və stasionar telefon, kommunal xidmətlər, internet provayderlərin xidmət haqları, kabel TV, sığorta və digər xidmətlərin haqqını ödəyə bilərlər. Bu barədə çərşənbə günü bankın yaydığı məlumatda bildirlir.

Köşklərdə ödənişlərin aparılması üçün plastik kart tələb olunmur və komisyon haqqı tutulmur.

Ödəniş köşklərindən "Xalq Bank"ın aşağıdakı filiallarında istifadə etmək olar:

"Baş" filialı - İnşaatçılar pr., 22L
"Mərkəz" filialı - 28 May küç., 17
"Sahil" filialı - Xəqani küç., 23
"20 Yanvar" filialı - Moskva pr., 67
"Neftçilər" filialı - Q.Qarayev pr. 70 B
"Əhmədli" filialı - M. Rüstəmov küç., 23

Həmçinin kommunal, mobil telefon, internet provayder və kabel TV xidmət haqlarını "Xalq Bank"ın www.xalqbank.az internet səhifəsində onlayn odəyib İpad, Samsung Galaxy S3 mini, parfüm, USB yaddaş kartı və digər hədiyyələr, eləcə də hər gün Park Cinemaya 2 nəfərlik bilet qazana bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti