...

"Amrahbank"da talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2013 17:32 (UTC +04:00)
2013-cü il mayın 18-də "Amrahbank ASC-nin Bakı şəhəri, Təbriz küçəsi, 858-ci məhəllə, Baladadaşov 34-36 ünvanında yerləşən Nərimanov filialında Respublika Talassemiya Mərkəzinin dəstəyi ilə talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə könüllü qanvermə aksiyası keçirildi.
"Amrahbank"da talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirilib

Azərbaycan, Bakı, 22 may /Trend/

2013-cü il mayın 18-də "Amrahbank ASC-nin Bakı şəhəri, Təbriz küçəsi, 858-ci məhəllə, Baladadaşov 34-36 ünvanında yerləşən Nərimanov filialında Respublika Talassemiya Mərkəzinin dəstəyi ilə talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə könüllü qanvermə aksiyası keçirildi. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü bankın yaydığı məlumatda deyilir.

Qanvermə aksiyasına Bankın 100-ə yaxın əməkdaşı qoşuldu. Aksiyada iştirak edən Amrahbank İdarə Heyətinin Sədri vəzifəsini icra edən cənab E. C. Həsənov qanvermə aksiyasının əhəmiyətindən danışdı və gələcəkdə də belə tədbirlərn davam etdiriləcəyini vurğuladı.

Tədbir zamanı donorların qanları Respublika Talassemiya Mərkəzinin qan bankına təhvil verildi.

1993-cü ildə təsis edilmiş "Amrahbank" Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır.

Hal-hazırda bankın 20 filiali və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti