...

Ziyad Səmədzadə: Daxili bazarın müdafiəsi üçün Azərbaycanın standartlaşdırma sistemini gücləndirmək lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2013 12:48 (UTC +04:00)
Milli Məclisin növbəti plenar iclasında “Ölçü vahidləri haqqında” qanun layihəsinin üçüncü oxunuş zamanı qəbul olunması gözlənilir.
Ziyad Səmədzadə: Daxili bazarın müdafiəsi üçün Azərbaycanın standartlaşdırma sistemini gücləndirmək lazımdır

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir H.Vəliyev/

Milli Məclisin növbəti plenar iclasında "Ölçü vahidləri haqqında" qanun layihəsinin üçüncü oxunuş zamanı qəbul olunması gözlənilir. Trend-in məlumatına görə, bu barədə Bakıda Beynəlxalq Akkreditasiya Gününə həsr olunan konfransda Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Səmədzadə qeyd edib ki, "qanun layihəsinin qəbulu Azərbaycanda güclü qanunvericilik bazasının formalaşdırılmasına imkan verəcək ki, bu da ölkədə standartlaşdırma xidmətinin işini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq".

Səmədzadə hesab edir ki, qanun layihəsinin əsas məqsədi daxili bazarın müdafiə olunmasıdır. Bu müasir metodlarla həyata keçirilməlidir və bu aspektdə standartlaşdırma məsələsi olduqca əhəmiyyətlidir: "Sərhədləri bağlayaraq və tarifləri yüksəldərək heç nəyə nail olmaq olmaz. Bu gün respublikaya idxal olunan texnologiyaların inkişaf və qlobal bazar baxımından qiymətləndirilməsinə ehtiyac var. Hazırda Azərbaycanda bu sahə üzrə beynəlxalq tələblərə cavab verən müasir laboratoriyalar yaradılır, kadr potensialı genişləndirilir və s. Məlumdur ki, bu gün Azərbaycan bazarına aşağı keyfiyyətə malik məhsullar, köhnəlmiş texnologiyalar və s. daxil olur. Belə halların qarşısının alınması üçün müasir standartlaşma sisteminin olması vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti