...

Şahin Mustafayev: Azərbaycan-Bosniya və Herseqovina münasibətlərinin inkişafı üçün böyük potensial var

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2013 16:51 (UTC +04:00)
İyunun 11-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Bosniya və Herseqovina Baş nazirinin müavini, xarici işlər naziri Zlatko Laqumçiyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Şahin Mustafayev: Azərbaycan-Bosniya və Herseqovina münasibətlərinin inkişafı üçün böyük potensial var

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.Əliyev/

İyunun 11-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Bosniya və Herseqovina Baş nazirinin müavini, xarici işlər naziri Zlatko Laqumçiyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Ş.Mustafayev Azərbaycanla Bosniya və Herseqovina arasında siyasi-iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini və əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Hər iki ölkənin iş adamlarının iştirakı ilə keçirilən biznes forumların, işgüzar görüşlərin Azərbaycan-Bosniya və Herseqovina iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində rolunu qeyd edən iqtisadi inkişaf naziri iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

Bosniya və Herseqovina Baş nazirinin müavini, xarici işlər naziri Z.Laqumçiya Azərbaycana səfərindən və ölkəmizin dinamik iqtisadi inkişafından məmnunluğunu ifadə edib, Bosniya və Herseqovinanın ölkəmizlə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

Görüşdə iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi barədə geniş fikir mübadiləsi aparılıb, Bosniya və Herseqovinada infrastruktur layihələrinin həyata keçirilməsində Azərbaycan tərəfinin iştirakı məsələsi müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti