...

Aktauda Azərbaycan-Qazaxıstan biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2013 19:53 (UTC +04:00)
Bu il iyunun 18-19-da iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Qazaxıstanın Aktau şəhərinə səfəri nəzərdə tutulur.
Aktauda Azərbaycan-Qazaxıstan biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.Əliyev/

Bu il iyunun 18-19-da iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Qazaxıstanın Aktau şəhərinə səfəri nəzərdə tutulur.

Trend-in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən verdiyi məlumata görə, səfər çərçivəsində AZPROMO tərəfindən Aktau şəhərində Qazaxıstan-Azərbaycan biznes forumunun keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu, cari ildə iki ölkə sahibkarlarının sayca üçüncü görüşü olacaq.

Biznes forumda iştirak etmək istəyən yerli sahibkarlar aşağıdakı ünvana müraciət edə bilərlər:

Əlaqəli şəxs: Ramin Vəliyev,
Tel.: 012 5980147/48 (daxili: 120, 123, 108)
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti