...

“Muğanbank” ASC-nin baş ofisində adsız istiqrazların 29-cu tirajı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2013 11:20 (UTC +04:00)
“Muğanbank” ASC-nin baş ofisində iyunun 15-də adsız istiqrazların sayca 29-ci tirajı keçiriləcəkdir.
“Muğanbank” ASC-nin baş ofisində adsız istiqrazların 29-cu tirajı keçiriləcək

Azərbaycan, Bakı, 12 iyun /Trend/

"Muğanbank" ASC-nin baş ofisində iyunun 15-də adsız istiqrazların sayca 29-ci tirajı keçiriləcəkdir. Bu barədə bankdan çərşənbə günü daxil olan məlumatda deyilir.

Hər tirajda uduşlu istiqrazların sayı 2000 ədəd təşkil edir.

Maksimum uduş məbləği 50 000 manatdır. Adsız istiqrazlar üzrə hər tirajın uduş fondu aşağıdakı kimi paylaşdırılır:
• 50 000 AZN - 1 uduş,
• 10 000 AZN - 2 uduş,
• 5 000 AZN - 6 uduş,
• 2500 AZN - 18 uduş,
• 1000 AZN - 50 uduş,
• 500 AZN - 201 uduş,
• 250 AZN - 632 uduş,
• 100 AZN - 1090 uduş.

Tirajın gedişi "Muğanbank" ASC-nin rəsmi saytında (www.muganbank.az) canlı yayımlanacaqdır.

"Muğanbank" ASC-nin istiqraz layihəsi 14 avqust 2009-cu il tarixində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmişdir. Bank 50 mln. manat dəyərində 1mln. ədəd istiqraz emissiya edib. Hər istiqrazın nominal dəyəri 50 manatdır. 10 illik dövriyyə müddətində 80 tiraj keçiriləcəkdir.
İstiqraz sahiblərinə hər bir tiraj barədə məlumat verilir və onların bankın Ə.Rəcəbli küç.21B ünvanında yerləşən baş ofisinə gələrək hər bir tirajda iştirak etmək hüququ vardır.

Hazırkı məhsulun uduş faizi kifayət qədər yüksəkdir, habelə hər bir istiqraz sahibinə illik 2% gəlir təmin edilir. İstiqraz sahibləri istiqrazlarını istənilən vaxt banka qaytarmaq imkanına malikdirlər. İstiqraz qaytarılarkən nominal məbləğinin üzərinə yuxarıda göstərilən illik faiz əlavə olunur.

Uduşa düşmüş istiqrazların nömrələri ilə "Xalq qəzeti"nin tirajdan sonrakı növbəti buraxılışında, həmçinin, bankın rəsmi saytında tanış ola bilərsiniz.

İstiqraz hər zaman real pul deməkdir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti